Menu
Geri İrəli

Azərbaycanda nazir müavini işləmiş qadın intihar edib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2017 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur
Share Button

Intihar-asmaq-kendirAprel ayının 15-də Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 3, mənzil 18-də 86 yaşlı qadın intihar edib.

“Qafqazinfo”nun SalamNews-a istinadən məlumatına görə, 1931-ci il təvəllüdlü Sultanova Zərifə Məmmədəli qızı uzun illərdir iflic xəstəliyindən əziyyət çəkib, əlil arabasında gəzib. Həmin gün günorta saatlarında oturduğu əlil arabasında iplə özünü boğaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Mərhumun yaxınları, Sultanova Zərifə Məmmədəli qızının Sovetlər Birliyi vaxtında uzun illər yüksək vəzifələrdə işlədiyini, hətta nazir müavini vəzifəsinə qədər yüksəldiyini bildirib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın