Menu
Geri İrəli

Azərbaycanda qar uçqunu – Bələdiyyə sədrinin 5 ailə üzvü öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2017 • Baxış sayı: 696 dəfə • Şərh yoxdur

rayonlara-qar-yagibLerik rayonunda qar uçqunu baş verib.

“Qafqazinfo” xəbər verir ki, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orant kəndində qeydə alınıb.

Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.

***

Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir azyaşlı uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin evidir. A.Mustafayev Ə.Mustafayevin oğludur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın