Menu
Geri İrəli

Azərbaycanda qardaş öz qardaşının qanını tökdü

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2015 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur
Share Button

88013

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Şəmkir rayonunda bıçaqlanma baş verib. Hadisə şəhərin Xəqani İbrahimli küçəsində qeydə alınıb. Şəmkir rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 1973-cü il təvllüdlü Teymur Yunus oğlu Niftəliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Yaralı dərhal cərrahiyyə əməliyyatı edilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

Bıçaqlanma barədə Şəmkir rayon Polis İdarəsi əməkdaşlarına məlumat verilib. Araşdırmalar zamanı onu bıçaqlayan şəxsin qardaşı Seymur Yunus oğlu Niftəliyev olduğu müəyyən edilib.

Hadisənin səbəblərini Şəmkir rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Avqust ayının 5-də qardaşlar arasında qanlı olay Beyləqan rayonunda baş vermişdi. RayonunBirinci Şahsevən kəndində 1969-cu il təvəllüdlü Məhərrəm Oruc oğlu Quliyev qardaşı – 1975-ci il təvəllüdlü Xudat Oruc oğlu Quliyev tərəfindən baş nahiyəsindən balta zərbəsi endirmişdi. Hadisəyə səbəb eyni həyətdə yaşayan iki qardaşdan biri- Xudat Quliyevin böyük qardaşının həyat yoldaşına və uşağına əl qaldırması göstərilirdi.

xeberler24.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın