Menu
Geri İrəli

Azərbaycanda sarsıdıcı cinayət: bacısını öldürüb meyitini yandırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2015 • Baxış sayı: 409 dəfə • Şərh yoxdur

e829786160627f500cd32c4eea554b58Hacıqabul rayonunda qətl hadisəsi baş verib.

Hacıqabul rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən xəbərə görə, 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hadıyev Namaz Mobil oğlu, bacısı 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızını qətlə yetirib.

Hadisə iyulun 5-də Bakı-Qazax magistralının 83-cü kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə qeydə alınıb.

Üzərində 38 bıçaq yarası olan meyit bu gün Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb.

İlkin məlumatlara görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Gövhər Hadıyevanın bir il əvvəl evlərindən çıxdığı, Bakıya gəldiyi və bir daha geri qayıtmadığı bildirilib. O bir neçə gün əvvəl qardaşı ilə telefonla danışıb və ondan bağışlanmasını istəyib. G. Hadıyeva Bakıdan taksi ilə həmin əraziyə gəlib.
Namaz Hadıyev qeyd olunan ərazidə bacısı ilə görüşüb, onu qətlə yetirib, meyiti yandırandan sonra Bakıya gedərək polisə təslim olub.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

***

Hacıqabul rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qətli törədən şəxsin Mingəçevir şəhər sakini olduğu bildirilir. Adı hələlik açıqlanmayan şəxs iyulun 5-də Hacıqabul rayonunun Qızılburun kəndində bacısını qətlə yetirib, daha sonra meyiti yandırıb.

Meyit bu gün Bakı-Qazax magistralının kənddən keçən hissəsində, yolun kənarında aşkarlanıb.

Qətli törədən şəxs özü polisə təslim olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın