Menu
Geri İrəli

Azərbaycanda ŞOK olay: 4 nəfər gənc qızı zorladı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2015 • Baxış sayı: 564 dəfə • Şərh yoxdur

Qızı zorlayanlar onun həmkəndliləridir 
Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Lent.az-ın məlumatına görə, bu günlərdə Əyyublu kənd sakini olan, 20 yaşlı G.N 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib.

Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib. Tovuz rayon Məhkəməsi gənc qızı zorlamaqda şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarmayıb və onların polis nəzarətində olmasını məqbul sayıb.

Fakta görə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın