Menu
Geri İrəli

Azərbaycanda yanğın can almağa davam edir.Körpə yanaraq öldü

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Avqust 2015 • Baxış sayı: 322 dəfə • Şərh yoxdur

yanginFHN məlumat yaydı.

Masallıda yaşayış evində ölümlə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, Masallı rayonu, Yolağac kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibinin oğlu, 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın