Menu
Geri İrəli

Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2017 • Baxış sayı: 1,049 dəfə • Şərh yoxdur
Share Button

mehkeme hebsBakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

sumqayitxeber.com  xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın