Menu
Geri İrəli

Azərbaycanda güclü zəlzələ olub – 7 bal – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2015 • Baxış sayı: 632 dəfə • Şərh yoxdur

van-zelzele

Zəzlzələ Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Tovuz rayonlarında hiss olunub

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olub.

***

Bu gün səhər saatlarında Azərbaycan ərazisində güclü zəlzələ olub. APA-nın xəbərinə görə, yeraltı təkan Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Tovuz rayonlarında hiss olunub.

Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ qeydə alınıb. Hələlik zəlzələnin episentri məlum deyil.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın