Menu
Geri İrəli

Azərbaycandan İrana ayda 2 dəfədən artıq getməyə icazə verilməyəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2015 • Baxış sayı: 268 dəfə • Şərh yoxdur

F9578332-E364-4A0F-A8F1-A9B2E35EA759_w640_r1_cx1_cy9_cw85_sBiləsuvar gömrük məntəqəsi yeni qaydaya keçib.

azadliq.org xəbər verir ki, bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana hər 15 gündən bir buraxılırlar. Əvvəllər hər bir Azərbaycan vətəndaşına İrana həftədə bir dəfə getməyə icazə verirdilər.

Astara keçid məntəqəsi də yeni qayda ilə işləməyə hazırlaşır. Burda da Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.

Ancaq hər iki gömrük məntəqəsində bunun səbəbləri ilə bağlı hər-hansı izahat vermirlər.

İran 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanlılar keçid məntəqələrində viza olmadan xarici pasportu təqdim etməklə İrana keçə bilirlər. Lakin iranlılar Azərbaycana gələrkən viza almalı olurlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın