Menu
Geri İrəli

Azərbaycanlı qız amerikalı qıza “ərə getdi”

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2015 • Baxış sayı: 565 dəfə • Şərh yoxdur

Azərbayacanalı qız ABŞ-da həmcinsi iə ailə qurub. ABŞ mətbuatı Massaçusets ştatında milliyyətcə azərbaycanlı olan Elnarə Eynullayevanın Rozali Hyuz Fasio (Rosalie Hughes Fazio) adlı amerikalı ilə nikaha girməsi barədə məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, “The New York Times” qəzeti bildirib ki, Elnarə Eynullayeva Azərbaycan Dövlət Neft Şirkətinin mexanika müfəttişi Kamal Eynullayevin qızıdır.

Cütlük dünən Massaçusets ştatının Kuinsi şəhərinin “Squantum Point Park” istirahət mərkəzində nikaha girib. Onların nikahına şahidliyi Massaçusets ştatının senatoru Maykl J. Barret edib. Cütlük Fasio-Eynullayeva (Fazio-Eynullayeva) soyadını götürüb.

32 yaşlı Rozali Hyuz Fasio (Rosalie Hughes Fazio) senator Barretin qanunvericilik üzrə müşaviridir. O, Uelsli kollecini bitirib və Kolumbiya universitetində vəkillik ixtisasına yiyələnib. Onun atası İosif Fasio Kembric universitetinin vitse-prezidenti, anası Debra Fasio isə Massaçuset texnoloji universitetinin kitabxanasının əməkdaşıdır.

28 yaşlı Elnarə Eynullayeva “Trinity Partners” şirkətində səhiyyə üzrə iqtisadçı işləyir. Massaçusets və Konnektikut universtietlərini bitirib, magistir dərəcəsi alır. Əvvəl ərdə olub və boşanıb. Anası Tünzalə Eynul Sprinqfild də Massaçusets ştatında yaşayır. Anası dövlət məktəbində müəllimədir və “Dilaura Naturals” kosmetika şirkətinin təsisçisidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın