Menu
Geri İrəli

Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2017 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur
Share Button

partlayisTürkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb.

Bu barədə ”Report”un Qərb bürosuna dünyasını dəyişən tələbənin qohumları məlumat veriblər.

Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın