Menu
Geri İrəli

“Azərsu”dan qəza ilə bağlı açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 268 dəfə • Şərh yoxdur

7d0cee5dc50a

Xəbər verdiyimiz kimi, bu gün Ələt – Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Fətulla Abdulovun idarə etdiyi 90-MZ-590 nömrə nişanlı “Mercedes” avtomobili Lənkəran şəhər sakini Arzuman Bəşirovun idarə etdiyi 90-JU-681 nömrə nişanlı “Ford” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mersedes” yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Bəşirovun idarə etdiyi 90-JU-681 nömrə nişanlı “Ford” markalı yük maşını Azərsu”ya aiddir.

Qəza ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ans press-ə açıqlamasında bildirdi ki, faktla bağlı hadisə yerində araşdırma aparılır: “Sürücümüz yüngül xəsarətlər alıb. Hadisənin dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra tam müəyyənləşəcək. Hadisəni diqqətdə saxlayırıq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın