Menu
Geri İrəli

Baba və nəvəni maşın vurub, uşaq ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2017 • Baxış sayı: 620 dəfə • Şərh yoxdur

2017-02-15-20-47-48qeza saatliAbşeron rayonunun 28 May qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

sumqayitxeber.com DİN-in saytına istinadən xəbər verir ki, hadisə avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın