Menu
Geri İrəli

Bacısını qətlə yetirən şəxsə hökm oxunub – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2017 • Baxış sayı: 461 dəfə • Şərh yoxdur

mehkeme hakimBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Pərviz Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, P.Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın