Menu
Geri İrəli

Bakı-Quba yolunda qəza: ağır yaralılar Sumqayıta göndərildi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2013 • Baxış sayı: 732 dəfə • Şərh yoxdur

Gecə saatlarında Bakı-Quba yolunda baş verən iki yol nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. 

sumqayitxeber.com saytı Milli.Azinadən xəbər verir ki,  sentyabrın 25-i, gecə saatlarında Bakı-Quba-RF dövlət sərhədi avtomobil yolunun 71-ci km-də, magistralın Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Bakıdan Quba istiqamətində hərəkətdə olan 51 yaşlı Xızı rayon sakini Meybulla Bağırovun idarə etdiyi 29 BA 498 dövlət nömrə nişanlı “Tavriya” markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə sürücü və avtomobildə olan 2 sərnişin ağır xəsarətlər alıblar. Qəza nəticəsində xəsarət alan şəxslər sürücü Meybulla Bağırov, Xızı rayon sakinləri 30 yaşlı Müslüm Əhmədov və 32 yaşlı Seymur İmambaxşıyevdir. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan, ilkin tibbi yardımdan sonra Sumqayıt şəhərində yerləşən tibb müəssisələrindən birinə göndəriliblər. İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib. “Tavriya”nın sürücüsü Meybulla Bağırov ll qrup Qarabağ əlilidir. Avtomobil ona dövlət tərəfindən verilib. Hazırda fakt araşdırılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın