Menu
Geri İrəli

Bakı-Şamaxı yolundakı dəhşətli qəzada ölənlərdən biri sumqayıtlı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 665 dəfə • Şərh yoxdur

Kanal S  xəbər verir ki,  Bakı-Şamaxı-Yevlax yolunun 115 km-liyində baş verən dəhşətli avtomobil qəzası nəticəsində Xəlilov Raminin idarə etdiyi “VAZ 21011″ markalı avtomobillə əks istiqamətdən hərəkət edən Musayev İlyasın idarə etdiyi “VAZ-21015″ markalı avtomobil toqquşub.

Qəza nəticəsində 3 nəfər – Şamaxı rayon sakini Musayev Musa, Binyətov Həsənalı və 33 yaşlı İsmayıllı rayon sakini İsgəndərova Günel dünyasını dəyişib, 4 nəfər – “VAZ-21011″in sürücüsü, 35 yaşlı, İsmayıllı rayon sakini Xəlilov Ramil, onun övladları 5 yaşlı Əliheydər  və 3 yaşlı Abas Xəlilovlar, digər avtomobilin sürücüsü Musayev İlyas xəsarət alıblar. Yaralılar dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti ağırdır. Faktla əlaqədar DİN-in BDYP idarəsində cinayət işi açılıb, istintaq aparılır. Hadisəyə səbəb ilkin olaraq yüksək sürət göstərilir.

sumqayitxeber.com a daxil olan məlumata görə qəzada dünyasını dəyişən 33 yaşlı  İsgəndərova Günel Sumqayıt şəhər sakini olub.

06 qezasi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın