Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarı Türkiyə vətəndaşını vurdu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 540 dəfə • Şərh yoxdur

qatar4Xəbər verdiyimiz kimi ötən gün Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. Bakıdan saat 19:00 radələrində reysə düşən qatar bir neçə dəqiqə yol qət etdikdən sonra dayanıb. Sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bildirib ki, ötən gün saat 19:00-da yola düşən Bakı-Sumqayıt qatarı Keşlə-Biləcəri məntəqəsində dəmiryolu xətti üzərinə çıxan sərxoş kişini vurub.

Məlum olub ki, həmin şəxs 1984-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yılmaz Harum Mehmetdir. Onun qatar reysinin kənarında spirtli içki qəbul etdiyi aşkarlanıb.

Türkiyə vətəndaşı hazırda xəstəxanadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N.Əziməmmədov son zamanlar Bakı-Sumqayıt qatarının yolunda mane törədən şəxslərin çoxaldığını deyib: “Biz KİV-lər vasitəsilə hər zaman təbliğat aparırıq ki, bu sürət qatarıdır və onun yoluna çıxmaq olmaz. Amma bəzi şəxslər buna əməl etmirlər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın