Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda ağır QƏZA: sürücünün ayaqları “KamAZ”ın təkərləri arasında qaldı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2016 • Baxış sayı: 2,608 dəfə • Şərh yoxdur

kamaz qeza
sumqayitxeber.com  musavat.com-a istinadən bildirir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən taksi fəaliyyəti ilə məşğul olan “Renault” markalı minik maşını ona çırpılıb.

“KamAZ”ın sürücüsü maşını yolun ortasında saxlayıb və nə baş verdiyini aydınlaşdırmaq üçün avtomobildən düşüb. O, idarə etdiyi avtomobilin arxa hissəsinə keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın “KamAz”a arxadan çırpılıb. İlk zərbə isə sürücüyə dəyib və onun ayaqları yük maşınının təkərlərinin arasına girib. Nəticədə sürücü ayaqlarından ağır xəsarətlər alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırmalara başlanılıb. İdarənin istintaq və təhqiqat bölməsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın