Menu
Geri İrəli

Bakı – Sumqayıt yolunda dəmir arakəsmə daha bir maşını ikiyə böldü – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2015 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

22348

Ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

44 yaşlı Eminov Mirməcid Mirəhəd oğlunun idarə etdiyi “Tofaş” markalı minik maşını dəmir arakəsmələrə çırpılıb. Qəza zamanı dəmir arakəsmələr avtomobilin ön hissəsindən girərək arxa tərəfindən çıxıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Qəza yerinə gələn nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlığın köməyi ilə sürücünü avtomobildən çıxararaq təcili yardıma təhvil veriblər.
Ağır şəkildə yaralanan sürücü Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın