Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2016 • Baxış sayı: 1,056 dəfə • Şərh yoxdur

4cecd02bdb110528cbf8043888f505a5

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Dövlət yol Polisi postunun yaxınlığındakı piyada keçidinin yanında qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Məhərrəmov Bəxtiyar Məmmədağa oğlunun idarə etdiyi 10 FL 238 dövlət nömrə nişanlı “VAZ 2106″ beton arakəsməyə çırpılıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub. Qəza nəticəsində sürücü Bəxtiyar Məhərrəmov hadisə yerində ölüb. Yanında sərnişin qismində əyləşən və ağır yaralanan həyat yoldaşı isə, əraziyə çağırılan təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Qəzadan sonra Bakı-Sumqayıt yolunda uzun tıxac meydana gəlib. Yolun açılması üçün əraziyə əlavə polis qüvvəsi cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın