Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda qəza

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2015 • Baxış sayı: 705 dəfə • Şərh yoxdur

02.25.20130 qeza sBakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Abşeron rayonunun Masazır dairəsinə düşən hissəsində qeydə alınıb.

sumqayitxeber.com “anspress.com”a istinadən məlumat verir ki, Abışov Rövşən Misirxan oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını Masazır qəsəbəsindən paytaxt istiqamətində hərəkət edərkən Masazırla Xırdalanı birləşdirən dairədə qəfildən qarşısına çıxan Hacıyev Elvin Tarverdi oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə toqquşub.

Qəza zamanı “Jiquli”nin sürücüsü başından yüngül xəsarət alıb. Qəzda avtomobillərə də kifayət qədər ziyan dəyib.

Hadisənin təfərrüatlarının araşdırılmasını Abşeron RPİ-nin YPX-nin müfəttişləri öz üzərinə götürüb. İlkin ehtimala görə, “VAZ 2107″ markalı avtomobilin sürücüsü yol ver nişanının tələbini pozaraq, dairəyə daxil olan digər nəqliyyat vasitəsinin yoluna çıxıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın