Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda qəza: çörəkdaşıyan maşın aşdı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 544 dəfə • Şərh yoxdur

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

publika.az144886355950978

ANS TV-nin məlumatına görə, magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissədə çörəkdaşıyan mikroavtobus beton arakəsməyə çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, avtomobildə olan hər iki şəxs ağır bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə beton hissəyə çırpılan avtomobilin ön şüşəsi sındığından zərbə maşında olanları bayıra atıb.
Qeyd edək ki, oxşar hadisə Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala rayonuna giriş hissəsində baş vermişdi. Nəticədə 5 tona yaxın xurma aparan ağırtonnajlı yük avtomobili maşında yaranmış nasazlıq ucbatından idərəetməni itirərək, yolun kənarındakı iri gövdəli qoz ağacına çırpılıb. 5 tona yaxın məhsul Balakən rayonunda soyuducularda yerləşdirmək üçün aparılırdı. Yük maşınının qəza törətməsi səbəbindən məhsulun 70%-i məhv olub.

15661608a509

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın