Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda qəza: Piyada öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2015 • Baxış sayı: 463 dəfə • Şərh yoxdur

qeza_zerdabAvtomobilin hadisə yerindən uzaqlaşdığı bildirilir.

Bu gün axşam 20 radələrində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Ölkə.Az xəbər verir ki, hadisə Xırdalan qəbristanlığının qarşısında, piyada üçün nəzərdə tutulmuş zolaqda qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı bir kişi naməlum avtomobil tərəfindən vurulub. Hadisənin şahidləri deyir ki, kişi dərhal yerindəcə keçinib və meyit tanınmaz hala düşüb.

Avtomobilin hadisə yerindən uzaqlaşdığı deyilir.

Hazırda ərazidə olan polis əməkdaşları hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. Avromobilin tapılması istiqamətində də işlər həyata keçirilir.

Qeyd edək ki, Bakı-Sumqayıt magistral yolunun məhz bu hissəsində piyadaların vurularaq öldürülməsi ilk deyil. Bir neçə ay bundan öncə də məhz qəbristanlığın qarşısında, piyada zolağının üstündə azyaşlı uşaq vurularaq ölmüşdü.

Həmin vaxt uşağın yaxınları etiraz əlaməti olaraq yolu bağlamağa cəhd göstəriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın