Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyində qəza

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Oktyabr 2014 • Baxış sayı: 698 dəfə • Şərh yoxdur

avtobus_qezasi_236Ötən gecə Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyində, Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın məlumatına görə, Əsədov Kamran Mahmud oğlunun paytaxtdan Sumqayıt istiqamətində 199 saylı xətt marşrutu üzrə idarə etdiyi Daewoo markalı iritutumlu avtobus Xırdalan dairəsi yaxınlığında başqa bir nəqliyyat vasitəsi tərəfindən vurulub. Bundan sonra sürücü Kamran Əsədov idarəetməni itirib və sərinişin avtobusunu dəmir yolu körpüsünün beton dirəyinə çırpıb.

Yol qəzası baş verən zaman avtobusda sərnişinlər də olub və onun zərblə beton dirəyə çırpılması nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Hadisənin təfərrüatlarını isə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin istintaqçıları araşdırırlar. Yol qəzasına səbəb olduğu ehtimal edilən digər avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın