Menu
Geri İrəli

Bakıda 2 avtobus toqquşdu – 1 ölü, xeyli yaralı var

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2016 • Baxış sayı: 783 dəfə • Şərh yoxdur

Bakıda sərnişin avtobusu qəzaya düşüb. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

***

Nizami RPİ-dən “Qafqazinfo”ya bildirilib ki, qəzaya düşən hər iki nəqliyyat vasitəsi marşrut avtobusudur. Biri 62, digəri isə 36 saylı marşrutdur. Qəzaya səbəb isə avtobuslardan birinin qırmızı işıqda keçməsidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın