Menu
Geri İrəli

Bakıda 3 gənc oğlandan qadına qarşı şərəfsiz hərəkət

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur

tecavuz qadin

Faktla bağlı cinayət işi açılıb.

 

Bakı şəhərinin Binəqədi rayonu ərazisində quldurluq hadisəsi baş verib.

 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 24/14 ünvanında yaşayan Pərvanə Quliyeva evdən çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb.

 

35 yaşlı P.Quliyeva mənzildən çıxarkən 3 nəfər gənc oğlan ona hücum edib və ağzını tutaraq evə salıb. Qadının çığır-bağır saldığını görən şəxslər əməllərini yarımçıq qoyaraq qaçıblar.

 

Aparılmış araşdırmalardan sonra quldurluq hadisəsində şübhəli bilinən 1993-cü il təvəllüdlü Rafiq Səfərov və digər iki nəfər müəyyən edilərək saxlanılıb. Məlum olub ki, onlar talan məqsədi ilə qadına hücum ediblər.

 

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın