Menu
Geri İrəli

Bakıda 7 yaşlı qızı zorlayan 58 yaşlı kişiyə AĞIR CƏZA

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 20 Noyabr 2014 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur
Share Button

Gecə evdə tək olan körpə qızı zorlayıb
zorlama-azyashli-qizi1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zyaşlını zorlamada təqsirli bilinən 1956-cı il təvəllüdlü Yaşar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Yaşar Yusifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Arzu Şirinovanın (ad və soyad şərtidir) evinə daxil olub. 58 yaşlı kişi Arzu Şirinova 2007-ci il təvəllüdlü qızı Aliyənin (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor tətbiq edib və çirkin niyyətini gerçəkləşdirib. O, 7 yaşlı qızla zorla cinsi əlaqədə olub.

Yaşar Yusifov Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilir

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın