Menu
Geri İrəli

Bakıda ağır qəza: iki gənc piyada öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2015 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur

57072Gecə Bakının Sabunçu rayonununda iki nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Zabrat-Maştağa yolunda qeydə alınan qəzaya yüksək sürət faktorunun səbəb olduğu bildirilir.

Məlumata görə, hadisənin səbəbkarı olan “Mercedes” markalı avtomobil həmin yolla hərəkətdə olan zaman sürucu qəfildən sükana nəzarəti itirib. Onun bu səhvi ucbatından içərisində 4 nəfərin olduğu və sürəti kifayət qədər yüksək olan nəqliyyat vasitəsi yol kənarındakı divara çırpılıb. Ancaq bu da onun sürətini azaltmayıb və divara dəydikdən sonra avtomobil 2 yeniyetmə piyadanı vurub.

Avtoqəza nəticəsində adları hazırda istintaq yolu ilə araşdırılan piyadalar dünyasını dəyişib, avtomobildə olanlardan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov ağır xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralılara xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilib və vəziyyətlərinin hazırda ağır stabil olduğu bildirilir.

Yol qəzası ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Təfərrüatlar dəqiqləşdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın