Menu
Geri İrəli

Bakıda ana və qızını vuran sumqayıtlı avtobus sürücüsü tutuldu – RƏSMİ MƏLUMAT

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Fevral 2016 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur

hebs23Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtın mərkəzində ölümlə nəticələnən hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Report-un xəbərinə görə, məlumatda bildirilib ki, fevralın 27-də saat 16:30 radələrində Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi “Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar – Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurub, nəticədə S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib, N.Hüseynovanın müalicəsi isə davam etdirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla yol-nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın