Menu
Geri İrəli

Bakıda avtobus qəzasında ölən və yaralananların adları açıqlandı – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2016 • Baxış sayı: 164 dəfə • Şərh yoxdur

Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxslərdən 6-ı evə buraxılıb.

APA-nın xəstəxanada olan müxbirinin verdiyi məlumata görə, 2 nəfər isə hazırda xəstəxanada müalicə olunur.

Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gövhər, Ağamirzəyeva Əzizə, Babazadə Fatma və naməlum kişi xəsarət alıb.

APA-nın hadisə yerində olan əməkdaşı dəqiqləşdirib ki, ölən qadın 60 yaşlı Jitova Svetlana Yuriyevnadır.

1189720b84528644023aaefc37735152

Facebook Şərhləndirmə:

Şərhinizi yazın