Menu
Geri İrəli

Bakıda bazar yandı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 21 Noyabr 2014 • Baxış sayı: 250 dəfə • Şərh yoxdur

Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub

44835

Bakının Sabunçu rayonu ərazisində bazar yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 11:06-da baş verib.

Yanğın Sabunçu bazarı adlanan ərazidə qeydə alınıb. Saat 11:07-də hadisə yerinə 5 yanğınsöndürən maşın çıxıb.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın elektrik qısaqapanmasından baş verib.

Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın