Menu
Geri İrəli

Bakıda beşqat dünya çempionu bıçaqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2015 • Baxış sayı: 688 dəfə • Şərh yoxdur
Bakıda beşqat dünya çempionu bıçaqlanıb

 Dünən axşam saatlarında Bakıda dünya çempionu bıçaqlanıb.

 Məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.
Pauerliftinq üzrə 5 qat dünya çempionu və 8 qat Avropa çempionu İbrahim İbrahimov dünən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.
Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda “Semaşko” xəstəxanasında reanimasiyadadır.
Hadisədən sonra Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib (“Qafqazinfo”).
Facebook Şərhləndirmə:

Şərhinizi yazın