Menu
Geri İrəli

Bakıda daha bir güclü partlayış: ölən və yaralananlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2014 • Baxış sayı: 751 dəfə • Şərh yoxdur
Share Button

Yanqin-zaprafka

Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı ölənlərin sayı iki nəfərə çatıb.

Musavat.com-un hadisə yerində olan əməkdaşı Elşən Balaxanılının verdiyi məlumata görə, hadisə təmir işələri zamanı baş verib. YDM-də qaynaq işləri aparılarkən partlayış baş verib. Əməkdaşımız bildirir ki, hələlik rəsmi şəxslərdən heç kəs baş vermiş partlayışla bağlı açıqlama verməyib.

 Musavat.com-un Neyrocərrahiyyə xəstəxanasının baş həkimi Kabus Dadaşovdan aldığı məlumata görə, bir nəfər yüngül xəsarət almış yaralı Həşim Turabov artıq evə buraxılıb. Onun sözlərinə görə, həlak olmuş şəxslərdən biri Həsrət İmamverdiyevin meyiti hazırda xəstəxanadadır, ancaq digər şəxsin cənazəsi hələ hadisə yerindədir.

 Bundan başqa əməkdaşımıza YDM-nin işçilərindən biri deyib ki, obyekt bir aydır işləmir. Yəni, partlayış benzindən baş verməyib. Ölənlərin ikisinin də fəhlə olduğu deyilir. Onlar yanacaqdoldurma məntəqəsinin yaxınlığında su borusu çəkirlərmiş.

 * * * * *

16:54

 APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xətai rayonu Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsində təmir işləri aparan zaman partlayış olub. Nəticədə təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

 Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, hadisə barədə Təcili Yardıma çağırış saat 16:20-də daxil olub: “Xətai rayonunda yerləşən “LUKoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfərdə – Şamxal Orucovda həkiməqədərki ölüm qeydə alınıb, digər yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib”.

 Partlayış zamanı “Mitsubishi” markalı 10 PK 441 dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşüb.

 Hazırda Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

*  *  *  *

16.34

 Bakı – APA. Bir neçə dəqiqə əvvəl Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verib.

 APA-nın xəbərinə görə, hadisə Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən “LUKoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

 İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb.
partlayis partlayis4 partlayis45

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın