Menu
Geri İrəli

Bakıda dəhşət: 5 yaşlı qız zorlanaraq qətlə yetirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 May 2015 • Baxış sayı: 860 dəfə • Şərh yoxdur

96003Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. APA-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlumat olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib.Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın