Menu
Geri İrəli

Bakıda dəhşət: özünü 19-cu mərtəbədən atdı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2015 • Baxış sayı: 485 dəfə • Şərh yoxdur

İntihar edən gənc qızın şəxsiyyəti müəyyənləşib

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən özünü ataraq intihar edən qadının şəxsiyyəti müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, özünü hündürlükdən atan qız 1990-cı il təvəllüdlü Dadaşova Ayşə İlqar qızı olub. O, ailəli imiş və azyaşlı övladı qalıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Araşdırmalar davam etdirilir.

*****

15:20

Bakının Sabunçu rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın milli.az-a istinadən məlumatına görə, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Uğur-2″ yaşayış kompleksindəki 2-ci binada gənc qız özünü çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın