Menu
Geri İrəli

Bakıda DƏHŞƏTLİ İNTİHAR DALĞASI: 4 kişi özünü öldürdü – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2017 • Baxış sayı: 902 dəfə • Şərh yoxdur

teciliDünən Bakıda 4 nəfər özünü öldürüb. Lent.az xəbər verir ki, Sabunçu rayon sakini, 1968-ci il təvəllüdlü Babayev Kamal Aslan oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və spirtli içki aludəçisi olduğu bildirilir.

Bundan başqa Maştağa qəsəbəsində yaşayan Derenov Vyaçeslav Vladimiroviç tanışına məxsus həyət evində özünü asaraq intihar edib. Məlum olub ki, rus əsilli Azərbaycan vətəndaşı olan V.Derenov keçən il həyat yoldaşından boşanıb və maddi çətinliklərlə mübarizə aparırmış. O, məhkəmənin təyin etdiyi alimenti ödəyə bilmədiyi üçün özünü asıb.

Daha bir intihar hadisəsi Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 42 yaşlı Zaur Hacıyev evdə özünü asaraq həyatına son qoyub.

*****

8:09

Bakıda intihar hadisəsi qeydə alınıb.

Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın