Menu
Geri İrəli

Bakıda dəhşətli qəza: 4 ölü

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2014 • Baxış sayı: 389 dəfə • Şərh yoxdur

tecili yardim-021Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhər şosesində qeydə alınıb. Elçin Alıyev idarə etdiyi “VAZ 2102″ markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan “KAMAZ” a arxadan çırpılıb. Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə yerindəcə dünyalarını dəyişiblər.

Dərhal hadisə yerinə FHN-nin xilasediciləri , Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Hadisənin baş verdiyinə gəldikdə isə, ilkin ehtimal olaraq “VAZ 2102″ avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın