Menu
Geri İrəli

Bakıda faciə: ata və 10 yaşlı oğlu öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2015 • Baxış sayı: 422 dəfə • Şərh yoxdur

b628a7eedc094aa8146859d1e987528dQəzanı törədən sürücünün sərxoş olduğu məlum olub

Bu gecə Bakıda ata ilə oğlunu avtomobillə vuran sürücünün şəxsiyyəti dəqiqləşdirilib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Günəşli qəsəbəsində ata ilə 10 yaşlı oğlunu vuran “VAZ 2121”in (Niva) sürücüsü Qurbanbəyov Bünyamin Çingiz oğlu olub. O, əvvəlcə tibb məntəqəsində sərxoşluq müayinəsindən keçirilib və daha sonra polis idarəsinə aparılıb.

Qeyd edək ki, B.Qurbanbəyovun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə vurduğu 38 yaşlı İbrahim Xəlilov və oğlu, 10 yaşlı Vaqif hadisə yerindəcə vəfat edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın