Menu
Geri İrəli

Bakıda faciə: bir mənzildən iki meyit çıxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2016 • Baxış sayı: 347 dəfə • Şərh yoxdur

Xestexanaya-dushen67 yaşlı qadın və 34 yaşlı gənc ölü tapıldı

Bakıda mənzildən iki meyit tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, mənzilin qapısını açıblar. Mənzildən hər iki şəxsin cəsədi aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın