Menu
Geri İrəli

BAKIDA FİLM KİMİ SEVGİ FACİƏSİ: 15 yaşlı oğlan məktub yazıb özünü trosla asdı – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2016 • Baxış sayı: 923 dəfə • Şərh yoxdur

intiharSabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı gəncin intihar etməsinin səbəbi bəlli olub. Sabunçu rayon 15 saylı polis bölməsindən Lent.az-a verilən məlumata görə, işlədiyi sexdə özünü trosla asan T.Həsənlinin həyatına son qoymasının səbəbi sevgi məsələsidir. Bölmədən bildirilir ki, yeniyetmə oğlan intihar etməzdən əvvəl məktub yazıb qoyub.

**

12:08

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Report-un xəbərinə görə, Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi ev 113 ünvanında yerləşən avtotəmir sexində çalışan 2001-ci il təvəllüdlü Teymur Həsənli özünü tavandan trosla asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın