Menu
Geri İrəli

Bakıda gecə qadını yatağında öldürdülər

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

57266Bu gecə Bakının Suraxanı rayonunda dəhşətli cinayət baş verib. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Bülbülə qəsəbəsində 68 yaşlı qadın amansızcasına qətlə yetirilib.

Belə ki, 1946-cı il təvəllüdlü Gülnarə Ağayevanın meyiti yaşadığı evdə tapılıb. Onun meyitini qadının nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə yatağında aşkarlayıb. Meyidin üzərində xüsusi cinayət xarakterli xəsarətlər olub.

Leyla İsrafilzadənin sözlərinə görə, isə evdəki qiymətli əşyalar yoxa çıxıb.

Qeyd edək ki, Gülnarə Ağayeva eşitmə qabiliyyətindən məhrum olub. Hazırda faktla bağlı istintaq gedir. Suraxanı rayon prokurorunun köməkçisi Ruslan Hüseynovun sözlərin görə, hadisənin qətl olduğu ehtimalı böyükdür.

“Meyidin üzərində öldürücü xəsarətlər olub. Hazırda meyit morqda tibbi ekspertizadan keçirilib”, – deyə Ruslan Hüseynov bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın