Menu
Geri İrəli

Bakıda gənc “bomj”u öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2014 • Baxış sayı: 361 dəfə • Şərh yoxdur

tecili-yardim-021Ötən gecə Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Nərimanov rayon prokurorunun köməkçisi Orxan Əsgərlinin ANS PRESS-ə vrdiyi məlumata görə, Ağa Nemətulla küçəsi 23 saylı binanın qarşısında 1993-cü il təvəllüdlü Vadim Nayimov bir nəfəri öldürüb.

Öldürülən şəxsin 45 yaşlarında olduğu ehtimal olunur. Onun kimliyi barədə isə heç bir məlumat yoxdur.

“Öldürülən şəxsin həmin ərazidə gün keçirən “bomj” olduğu deyilir. Gənc bu gün özü polisə gedərək təslim olub. Qətlin səbəbləri isə hələlik bilinmir”, – deyə Orxan Əsgərli bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın