Menu
Geri İrəli

Bakıda iki gənc qızdan DƏHŞƏTLİ ƏMƏL

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2014 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

57297_res_01Onların hər ikisi intihar edib

Bakıda iki gənc qız intihar edib. Lent.az-ın məlumatına görə, hadisələrdən biri Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədova Kəmalə Kamal qızı xeyli miqdarda dərman həbləri qəbul edərək özünü zəhərləyib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 24 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Oxşar hadisə Qaradağ rayonunda da qeydə alınıb. Qobustan qəsəbəsində 1996-cı il təvəllüdlü Orucova Minayə Şəmsəddin qızı özünü yaşadığı evin həyətində asıb. 18 yaşlı qızın üzüm çardağından asılı vəziyyətdə qalmış cansız bədənini ailə üzvləri aşkarlayıblar.

Hər iki gənc qızın intiharı ilə bağlı cinayət işi açılıb. Hadisələrin səbəbləri araşdırılır

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın