Menu
Geri İrəli

Bakıda iki qardaşın qanını tökdülər

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2014 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

Xestexanaya-dushen

Bakıda iki qardaş bıçaqlanıb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

 

Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Alqayıt Haqverdi oğlu Məmmədov və qardaşı 27 yaşlı Şahin naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

 

Hər iki qardaş ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın