Menu
Geri İrəli

Bakıda İNANILMAZ SOYĞUN: keçmiş nazirin bağ evindən bir milyon dollar oğurlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2016 • Baxış sayı: 397 dəfə • 1 şərh

ogurOğurluq nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib

Azərbaycanın keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Görədil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə haqqın.az saytı hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Bildirilir ki, oğurluq hadisəsi nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib.

Məlumata görə, operativ-istintaq tədbirləri nəticəsində qarətçilər müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, Əli Abbasovun və digər yüksək vəzifəli şəxslərin timsalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi korrupsiyada ittiham olunub. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq davam edir.

Facebook Şərhləndirmə:

“Bakıda İNANILMAZ SOYĞUN: keçmiş nazirin bağ evindən bir milyon dollar oğurlandı” yazısına bir cavab

  1. Adil deyir:

    Onun maaşı nə qədər olub ki, 1 milyon evindən çıxıb?

Şərhinizi yazın