Menu
Geri İrəli

Bakıda iş adamının oğlu qəfil öldü – 9 gün sonra toyu idi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2016 • Baxış sayı: 670 dəfə • Şərh yoxdur

Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib.
Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb.
Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. Ş.Əliyev qardaşını xəstəxanaya çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə o, infarkt keçirib.
Qeyd edək ki, A.Əliyev “Qarabağ Broyler MMC”nin və “Şəhriyar” şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqdı. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın