Menu
Geri İrəli

Bakıda müdir müavininin faciəli ölümü – 40 gün sonra tapıldı+Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur

df62b6b04aa547cdc24a16eacd9d7950

Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Bakıda düz 40 gün qabaq itkin düşmüş kişinin meyitini tapıblar.

Nizami RPİ-dən virtualaz.org-a verilən məlumata görə, Bakı sakininin müəmmalı şəkildə yoxa çıxması faktı bir ay əvvəl sosial şəbəkələrdə də qızğın müzakirə olunurdu.

İtkin düşmüş şəxsin yaxınlarının və tanışlarının dediyinə görə, həmin adam gecə toydan qayıdanda itkin düşüb. Kişi sərxoş olub, yolu azıb və dərin bir quyuya düşüb. Özünə gələndən sonra isə iki qardaşı ilə telefon əlaqəsi saxlayıb. Onlara haradasa dərin bir quyuya düşdüyünü bildirib, amma dəqiq ünvan deyə, harada olduğunu başa sala bilməyib. Onun axtarışlarına başlanılsa da nəticə əldə edilməyib.

Bu gün axşam isə Nizami RPİ əməkdaşları 1962-ci il təvəllüdlü Fuad Həsən oğlu Hadiyevin meyitini “Azərsutikinti” xəstəxanasının yaxınlığındakı fərdi torpaq sahəsində qazılmış lift şaxtasında tapıblar. Quyu 5 metr dərinlikdə olub. F.Hadiyevin meyitini sputnik monitorinqinin köməyi ilə aşkarlamaq mümkün olub.

Məlum olub ki, F.Hadiyev qardaşları ilə ilk iki gün ərzində telefon əlaqəsi saxlaya bilib. Sonra isə telefonun batareyası ölüb və əlaqə kəsilib.

O da məlumdur ki, F.Hadiyev toydan qayıdanda “Dakar” gecə klubunun müşahidə kameralarına düşüb. Bu klub isə mərhumun düşdüyü quyuya yaxın ərazidədir.

F.Hadiyevin qardaşları onun çürüyüb dağılmış meyitini paltarlarından və mobil telefonundan tanıyıblar.

***

APA-nın məlumatına görə, o, “Qaya” Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış.

 

Bakıda müdir müavininin faciəli ölümü -  40 gün sonra tapıldı+Foto
Bakıda müdir müavininin faciəli ölümü -  40 gün sonra tapıldı+Foto
Bakıda müdir müavininin faciəli ölümü -  40 gün sonra tapıldı+Foto

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın