Menu
Geri İrəli

Bakıda oğurluqda şübhəli bilinən Sumqayıt sakini saxlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2016 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur

hebs23Bakı şəhərində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 28-dən 31-dək olan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Karvansaray” ticarət mərkəzində yerləşən anbarlardan birindən qapının qıfılını sındırmaq yolu ilə 8 ədəd su qızdırıcısı və mebel aksesuarları oğurlanıb.

Qaradağ rayon 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Mübariz Sayadov tutulub.

Yanvarın 1-nə keçən gecə isə Nərimanov rayonunda yaşayan Mahmud Ağamalıyevin evindən pəncərədən girmək yolu ilə 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Nərimanov rayon 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Samir Əzəmmədov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın