Menu
Geri İrəli

Bakıda oteldə bank müdirini öldürən şəxs yaxalandı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 321 dəfə • Şərh yoxdur

img1796793Əməliyyat-istintaq tədbirləri davam etdirilir

Aprelin 22-nə keçən gecə “Avropa” otelində qətl törədən şəxs saxlanılıb. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Quliyev Sənan Təvəkkül oğlu bu gecə yaxalanaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, aprelin 22-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədov və Ruslan Əfəndiyevi bıçaqlayıb. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Onu da qeyd edək ki, A.Məmmədov “Zaminbank”ın filial müdiri olub. Digər bıçaqlanan R.Əfəndiyev isə idman ustası, qarışıq döyüş idman növü üzrə məşqçidir. Məlumata görə, otelin idman zalında məşq edərkən A.Məmmədovla S.Quliyev və qarışıq döyüş növləri üzrə məşqçi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçini və Azəri vuraraq hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın