Menu
Geri İrəli

Bakıda polis əməkdaşı qəza törədib, ölən və yaralanan var

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2015 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur

Azərbaycan paytaxtında polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

qeza infinityAPA-nın məlumatına görə, hadisə Bakının Mərdəkan-Buzovna şosesində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi “Hyundai İX 35” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Maqsud Zeynalov xəstəxanaya aparılıblar. Yaralılardan M. Zeynalov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın